Şirin və duzlu sudan istifadə edərək ekoloji təmiz enerji almaq mümkündür Yanvar 04, 2018 | 11:20 / Texnoloji yeniliklər

Tədqiqatçılar osmotik enerji adlı elektrik enerjisinin alınması üçün şirin və duzlu sudan istifadə edərəyeni metod hazırlayıblarBu, böyümiqdarda ekoloji təmiz enerji əldə etmək üçümisilsiz imkanlar açır.

gearmix.ru saytının məlumatına görə, osmotik energetika konsepsiyası çox sadədir: o bir-biri ilə çox nazik membran vasitəsilə əlaqəyə daxil olan duzlu suyla şirin suyun qarşılıqlı təsirinə əsaslanır. Bu halda duzlu sudakı duz ionları osmos vəziyyətinə daxil olan hər iki mayedə duzların konsentrasiyası bərabər olmayana qədər membran vasitəsilə yerini dəyişir. Faydalı elektrik enerjisini almaq və onu enerji şəbəkələrinə ötürmək üçün elektrik enerjisini özündə saxlayan duz ionlarını bir yerə toplamaq lazımdır.

Lozannada Federal Politexnik Məktəbinin (EPFL) tədqiqatçıları tərəfindən hazırlanmış osmotik elektrik enerjisinin generasiya edilməsi sistemi qalınlığı cəmi 3 atom olan, ixtisaslaşdırılmış membran sayəsində, çox böyük miqdarda enerji istehsal etmək imkanına malikdir.

EPFL tədqiqatçılar qrupu “Nature” jurnalında öz işinin nəticələrini dərc edərək bildiriblər ki, böyük enerji istehsalı membranda molibden disulfidi kimi tanınan yeni materialdan istifadə nəticəsində əldə edilib. Bu material mənfi yüklü hissəcikləri kənarlaşdıraraq, müsbət doldurulmuş ionalara membran vasitəsilə maneəsiz keçməyə imkan verir.

“Biz əvvəlcə istehsal etməli, sonra isə nano məsamələrin optimal ölçüsünü müəyyənləşdirməli olduq. Əgər onlar çox böyük olsa, bu zaman çıxış gərginliyini aşağı salaraq mənfi iona keçə biləcək. Kiçik olduqları halda isə, həddən artıq az ion keçəcək və çox zəif cərəyan  alınacaq”, – deyə tədqiqat qrupunun rəhbəri Çindun Fen bildirib.

Alimlərin sözlərinə görə, osmotik enerji texnologiyası real olarsa, bu, gələcəkdə təmiz enerji istehsalı üçün geniş perspektivlər açacaq. Çünki külək və günəş energetikası havadan və günün vaxtından çox asılı olduğu halda, osmotik energetika üçün yalnız suyun mövcudluğu kifayətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı