İtaliyada robot-kuryer sınaqdan keçirilib Dekabr 29, 2017 | 10:00 / Maraqlı məlumatlar

İtaliyanın “e-nova” şirkəti tərəfindən hazırlanmış iki təkərli “YAPE” dron-kuryerinin İtaliyanın küçələrində ilk sınaqları keçirilib. Qurğunun 2018-ci ilin yanvar ayında “CES” sərgisində təqdim olunması planlaşdırılır.

popmech.ru saytının məlumatına görə, “YAPE” şəhərin küçələrində avtonom hərəkət etmək üçün GPS, videokameralar və məsafəölçən lazerlərdən istifadə edir. O, həmçinin müxtəlif parametrləri, xüsusilə işıqforların işini və nəqliyyat axınını izləmək üçün naqilsiz üsulla bütün şəhər üzrə yerləşdirilmiş tənzimləyicilərə qoşulur.

İstifadəçilər dronu mobil proqramın köməyi ilə çağıra biləcəklər. Qurğu sifarişçinin olduğu yerə çatdıqda sifarişçi xüsusi qapaqlı bölməyə 70 kiloqrama qədər yük yerləşdirə və proqramda lazımi təyinat nöqtəsini daxil edə bilər. Bundan sonra YAPE yola düşəcək; o, bir yükləmədə 80 kilometrə qədər məsafə qət etməyə imkan verən elektromotorlar və batareya bloku ilə təchiz edilib. Qurğu saatda 6-20 km sürətlə əsasən səkilər və velosiped yolları üzrə hərəkət edir.

Dron təyinat nöqtəsinə çatdıqda onu qəbul edən şəxs yük bölməsini aça biləcək. Bunun üçün həmin şəxs “YAPE” sistemində öncədən qeydiyyatdan keçməli və sifətin tanınması funksiyasından istifadə etməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı