“Google” insan səsi ilə “danışıb” Dekabr 28, 2017 | 10:27 / Texnoloji yeniliklər

“Google” korporasiyasının mütəxəssisləri canlı insan səsindən fərqlənməyən səslə danışa bilən nitq generatoru yaratdıqlarından bəhs edən məqaləni dərc etdiriblər. “Tacotron 2” adlı sistem mətni nitqə yüksək keyfiyyətlə çevirə bilir.

hi-news.ru saytının məlumatında bildirilir ki, proqram dərin təlimin iki qarşılıqlı əlaqəli neyroşəbəkəsindən ibarətdir. Birinci neyroşəbəkə mətn əsasında spektroqram yaradaraq “WaveNet” adlı ikinci alqoritmə ötürür. “WaveNet” onu səsləndirir. “Tacotron 2” çətin tələffüz olunan sözlərin öhdəsindən asanlıqla gəlir və vərəqdən oxuyaraq, durğu işarələrini nəzərə alır. Bunun sayəsində o, məsələn, cümlənin sonunu və yeni cümlənin başlanğıcını intonasiya ilə ayırır.

Proqramın işinin nümunələri artıq sistemə həsr edilmiş səhifədə yerləşdirilib. O, müasir səsləndirmə proqramlarının monoton mexaniki səslərindən daha yaxşı səslənir. Buna görə də yeni sitemin tezliklə öz tətbiqini tapacağı gözlənilir. “Tacotron 2” hələ ki, yalnız məlahətli qadın səsi ilə danışır. Sistemin öyrənmə qabiliyyətini nəzərə alaraq, onun başqa səsləri də təqlid edə biləcəyini ehtimal etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı