Tokio Yay Olimpiadası üçün elektron tullantılardan medallar hazırlanacaq Dekabr 20, 2017 | 03:25 / Maraqlı məlumatlar

2020-ci ildə Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları medalların hazırlanması üçün təkrar emal edilən elektron tullantılardan alınmış qiymətli metallardan istifadə etməyi nəzərdə tutur.

Yaponiyanın “Nikkei” təşkilatı 2014-cü ildə Yaponiyada elektron tullantıların təkrar emalı nəticəsində əldə edilən qiymətli metallar haqqında məlumatları təqdim edib. Bildirilir ki, tullanmış elektronika avadanlıqlarından  ümumilikdə 143 kiloqram qızıl, 1566 kiloqram gümüş, 1112 ton mis alınmışdır. Londonda 2012-ci il Olimpiya oyunlarının medallarına 9,6 kiloqram qızıl, 1210 kiloqram gümüş, 700 kq mis sərf edilmişdir.

golos.ua saytının məlumatına görə, bu yolla əldə edilən metalların çoxu yeni elektronika avadanlığının istehsalı üçün istifadə olunur. Buna görə də təşkilatçılar elektron tullantıların toplanması və təkrar yığımı üzrə genişmiqyaslı kampaniyanın təşkilinə kömək edəcək tərəfdaşlar cəlb etməyi planlaşdırırlar.

Elektron tullantılarda müəyyən qədər qiymətli metallar vardır. Qızıl çıxarılması üçün, məsələn, duz turşusu məhlulu və hidrogen peroksiddən istifadə etmək olar, lakin əvvəlcə qurğunu sökmək və lazımi detalları çıxarmaq lazımdır. Adətən, bu məqsədlə əl əməyindən istifadə olunsa da, bəzi şirkətlər bu prosesi avtomatlaşdırıblar. Məsələn, 2016-cı ildə “Apple” şirkəti iPhone-u sökmək üçün nəzərdə tutulan xüsusiləşdirilmiş Liam robotunu təqdim etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı