Canlı materiya çap edən 3D-printer təqdim olunub Dekabr 20, 2017 | 10:00 / Texnoloji yeniliklər

Məlumdur ki, üçölçülü çap hazırki texnologiyanın zirvəsinə nail olmazdan öncə uzun bir yol keçib. Sürixin (İsveçrə) Ali Texniki Məktəbinin tədqiqatçılar qrupu bakteriyalarla qarışdırılmış mürəkkəbin köməyi ilə canlı biokimyəvi konstruksiyaların 3D-çapı üçün platforma hazırlayıblar. Onun istehsalı üçün obyektin təyinatından asılı olaraq müxtəlif bakteriyalardan istifadə olunur.

techcult.ru saytının məlumatına görə, mürəkkəb özündə predmetin karkasını formalaşdıran bioloji uyğun hidrogeli ehtiva edir. 3D-printerin istismarı prosesində alimlər hər biri bakteriyaların bir neçə nöövünü özündə saxlayan dördə qədər müxtəlif mürəkkəbdən istifadə edə bilərlər. Hidrogelli mürəkkəblərin bakteriyalarla uyğunluğu fiziki ağrını azaltmağa və rütubəti saxlamağa imkan verir. Xüsusi halda, canlı çapın tətbiq sahələrindən biri də yanıqların müalicəsi ola bilər.

Lakin bu hələ başlanğıcıdır. Alimlər bu metodikanı istehsala təqdim etməzdən öncə onun üzərində işləməlidirlər. Bu üsulun əsas problemləri sırasında çapın sürəti və texnologiyanın miqyaslanması dayanır.

Qeyd olunan problemlər öz həllini tapdıqdan sonra tədqiqatçılar tibb və biotexnologiyalar sahəsində öz tətbiqini tapacaq real “canlı” obyektlər istehsal edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı