İsveçin yollarında özü idarə olunan Volvo avtomobilləri İyun 06, 2014 | 05:00 / Texnoloji yeniliklər

Avtomobillər Volvo serverlərinin köməyilə yollardakı vəziyyət haqqında informasiya əldə edəcəklər

"Volvo" avtomobil şirkəti "Drive me" layihəsi çərçivəsində, 2017-ci ildə yollara 100 özü idarə olunan avtomobil buraxmağı planlaşdırır. Avtomobilin ilk prototipləri İsveçin Heteborq şəhərinin küçələrində sınaqdan keçirilir. Sınaq avtomobilləri sürətli şose və böyük tıxacların müşahidə olunduğu ərazilər də daxil olmaqla sıx gediş-gəlişli yollarla hərəkət edirlər. 

"Computerworld" jurnalının məlumatına görə, bu avtomobillər ətraf mühiti radiolokator, kamera və lazer skanerləri vasitəsilə izləyirlər. Radar və kameralar yol hərəkətlərinin monitorinqini aparır. Yerləşmə məkanını təyin etmək üçün isə GPS naviqatorundan istifadə olunur. 

"Son məqsədimiz ondan ibarətdir ki, idarəetmə zamanı sürücü sükanı buraxaraq başqa işlərilə məşğul olsun və bu müddətdə avtomobil lazımi hərəkətləri özü yerinə yetirsin" - şirkət mütəxəssisi Erink Kelinq belə deyib. 

O, "Biz yol hərəkətlərinin təhlükəsizliyini təhlil edirik. İdarəetməni avtomatlaşdırmaqla, bir çox yol qəzalarının səbəblərini aradan qaldırmağa, eyni zamanda təhlükəsizlik səviyyəsini yüksəltməyə nail olacağıq" fikrini əlavə edib. 

"Volvo"dan bildiriblər ki, digər layihələrdən, məsələn, "Google" şirkətinin robot-avtomobillərindən fərqli olaraq, bu layihədə bütün "əsas oyunçular" iştirak edəcək: qanunverici hakimiyyət, nəqliyyat idarəetməsi, şəhərin administrasiyası, avtomobil istehsalçıları və alıcıları. Qeyd edək ki, Heterborqun əhalisinin sayı təxminən 500 min nəfərdir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı