Sosial şəbəkələr cəmiyyəti parçalayır Dekabr 19, 2017 | 02:28 / Maraqlı məlumatlar

“Facebook”un keçmiş əməkdaşlarından olan Çamat Palihapitiya (Chamath Palihapitiya) bu sosial şəbəkənin inkişafına kömək etdiyinə görə özünü günahkar hesab edir.

2007-ci ildən şirkətin istifadəçi bazalarının artım məsələləri üzrə vitse-prezidenti vəzifəsini icra edən Ç.Palihapitiya sosial şəbəkələrin zərərindən – onların bütün dünyada vətəndaş cəmiyyətini formalaşdırmağından danışıb. O, Stenford Universitetinin auditoriyasında mühazirə oxuyarkən bu fikri səsləndirib: “Mən düşünürəm ki, biz sosial mühiti dağıdan və cəmiyyətin qarşılıqlı təsir prinsiplərini pozan alətlər yaratmışıq”.

3dnews.ru saytında bildirilir ki, tənqidçi Palihapitiyanın çıxışı təkcə Facebook-a deyil, daha geniş onlayn-ekosistemə yönəlib: “Bizim yaratdığımız, həzz hormonuna (dofamin) bağlı, qısamüddətli əks əlaqə dövrü cəmiyyətin əsas funksiyalarını dağıdır” fikriylə o, ürəkcik, bəyənmə və digər işarələrə əsaslanan interaktiv qarşılıqlı təsirləri nəzərdə tutub. “Vətəndaş diskursiyası yoxdur, qarşılıqlı təsir yoxdur, dezinformasiya və yalan məlumatlar yayılır. Və bu yalnız Amerika deyil, ümumdünya problemdir”, – deyə ən böyük sosial şəbəkənin keçmiş rəhbəri vurğulayıb.

Menecer təəssüf hissi ilə qeyd edib ki, texnoloji investorların çox güclü görünmələrinə baxmayaraq onlar öz hakimiyyətlərinə daha çox bacarıq yox, uğur hesabına nail olublar.

Oxşar fikirləri Facebook-un dünyada hökmranlıq etməsinə kömək edən digər mütəxəssislər də səsləndiriblər. Məsələn, noyabr ayında sosial şəbəkənin keçmiş investorlarından biri olan Sin Parker (Sean Parker) bildirib ki, artıq bu sahə ilə məşğul olmamağa qərar verib. Onun sözlərinə görə, Facebook və digər bu kimi şəbəkələr insan psixikasının zəifliklərindən istifadə sayəsində müvəffəqiyyət qazanır.

Qeyd edək ki, ABŞ-da keçirilən sonuncu prezident seçkiləri, daha əvvəl isə sosial şəbəkədə dezinformasiyaların geniş yayılması, həmçinin Myanmada roxinc xalqının etnik təmizləmə prosesində “Facebook”un rolu dünyada qızğın müzakirələrə səbəb olmuşdur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı