Fotoşəkillərin keyfiyyətini yüksəldən yeni proqram hazırlanıb Dekabr 18, 2017 | 09:55 / Texnoloji yeniliklər

Amerikanın “Google” korporasiyası “Android” əməliyyat sistemi üçün fotoşəkillərin keyfiyyətini yüksəldən xüsusi proqram hazırlayıb.

dni24.com saytının məlumatına görə, “Android” sistemi ilə işləyən smartfonların istehsalçıları qurğunun kamerasının işini tənzimləmək ehtiyacı duyurlar. Bəzən fotoçəkilişin keyfiyyəti ürəkaçan olmur. Şirkətin mütəxəssisləri bu nasazlığı aradan qaldırmaq üçün “Android 7.0 Nougat” əsasında işləyən bütün qurğulara uyğun gələn “Google.Camera” proqramını hazırlayıblar.

Proqramın işini “Android”in daha erkən versiyaları ilə uyğunlaşdırmaq mümkün deyil. Proqram xüsusi alqoritmlərdən istifadə etməklə, təsvirin ötürülməsi zamanı reallığa nail olaraq şəkilləri daha aydın və keyfiyyətli edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı