“Sony” şirkəti “SmartBand” qolbağının satışlarına start verib İyun 06, 2014 | 03:00 / Texnoloji yeniliklər

“Sony” şirkəti insanın gündəlik aktivliyini izləyən “SmartBand SWR10” qolbağının satışlarına başlayıb. ABŞ istifadəçiləri qurğu üçün sifarişi şirkətin onlayn mağazasında təxminən 100 dollara rəsmiləşdirə bilərlər. 

hitech.vesti.ru saytının məlumatına görə, smart qolbaq “CES 2014” sərgisində nümayiş etdirilib. Cihaz real vaxt rejimində insan həyatının qeydə alınması üçün nəzərdə tutulub. Aksessuar insanların harada olduğunu, şəkil çəkdirdiyi, musiqi dinlədiyi və kitab oxuduğu vaxtı qeydə alır. Sonra bu məlumatlar android-smartfonda “Lifelog” tətbiqi ilə emal olunur. 

“SmartBand” qolbağı smartfona “NFC” və ya “Bluetooth” vasitəsilə qoşula bilər. Cihazın sahibi smartfonundan 10 metr məsafədə uzaq olsa, smart-qolbaq vibrasiya ilə bu haqda xəbər verəcək. Bundan başqa, qurğu insanı yuxudan oyada, ona zəng, SMS, "layk" və tvitlərdən xəbər verə biləcək. Qolbaq su və toza qarşı davamlıdır. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı