Süni intellektə malik virtual həkim hazırlanıb Dekabr 11, 2017 | 11:22 / Texnoloji yeniliklər

Çinin Quançjou şəhəri qadın və uşaqlar tibb mərkəzi süni intellekt əsasında “Ayı balası Mimu” adlı virtual həkim hazırlayıb. O, 2 milyona yaxın xəstəlik tarixçəsini öyrənməklə, hazırda 32 xəstəlik növünə diaqnoz qoya bilir. Bundan başqa, 24 növ xəstəliyin diaqnozlaşdırılmasının dəqiqlik əmsalı 90 faizi üstələyir.

belta.by saytının məlumatına görə, virtual həkimdən smartfon və ya kompüter vasitəsilə məsləhət almaq mümkündür. Bunun üçün “Ayı balası Mimu”nun bədəninin problemlərin olduğu hissəsini sıxaraq simptomları seçmək lazımdır. Sonra virtual həkim ilkin diaqnoz qoyaraq xəstəxanaya müraciətlə bağlı məsləhətlər verəcək. Bildirilir ki, mütəxəssislər tərəfindən “Ayı balası Mimu”nun xəstələrin və xəstəxana heyətinin istifadəsi üçün versiyaları istehsal edilib.

Tibb mərkəzinin kliniki məlumatlar şöbəsinin rəhbəri Lyan Hueyinin sözlərinə görə, hazırda “Mimu” təcrübə mərhələsindədir. İş zamanı ona xəstəxananın real həkimi kömək edir. Proqram xəstələrin simptomlarını müəyyənləşdirdikdən sonra həkim proqram tərəfindən əldə olunan məlumatları onlayn rejimdə “Doğru”, “Orta” və ya “Yanlış” düymələrini sıxmaqla qiymətləndirir.

Gələcəkdə süni intellektə malik virtual həkimin 73 növ xəstəliyi diaqnozlaşdırmağı öyrənəcəyi, eləcə də xəstələrlə ünsiyyət qura biləcəyi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı