Berklidə "yumşaq" hesablamalara dair IV Beynəlxalq konfrans keçirilib İyun 05, 2014 | 04:00 / Konfranslar, iclaslar

ABŞ-ın Kaliforniya ştatının Berkli şəhərində "yumşaq" hesablamalara dair IV Beynəlxalq konfrans keçirilib. Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə AzərTAc-ın Amerika Bürosuna eksklüziv müsahibə verib. Lütfi Zadə tədbirin sponsoru – Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, xüsusən nazir Əli Abbasova təşəkkürünü bildirib. O, Əli Abbasovun "Qeyri-səlis məntiq" Birliyinin sədaqətli dostu olduğunu qeyd edərək bildirib ki, Azərbaycan qeyri-səlis məntiqə həsr edilmiş bu və əvvəlki konfransların keçirilməsi sayəsində qeyri-səlis məntiq nəzəriyyəsinin inkişafına və onun müxtəlif sənaye sahələrində tətbiqinə mühüm töhfə verir. Lütfi Zadə Azərbaycan xalqına da xoş arzularını bildirib. O, deyib: "Mən dəfələrlə demişəm və yenə deyirəm: Əminəm ki, Azərbaycan düzgün yoldadır. Bunun iki səbəbi var. Birinci səbəb - neft-qaz sənayesinin inkişafına üstünlük verilməsi, ikinci səbəb – Azərbaycanın rəhbərliyidir. Prezident İlham Əliyev çox savadlı və müdrik adamdır. Onun qəlbi Azərbaycanın mənafeləri ilə döyünür. Mənim fikrimcə, İlham Əliyev və onun siyasəti Azərbaycanı düzgün istiqamətdə irəli aparır. O, enerjili, təşəbbüskar və uzaqgörən adamdır. Buna görə də düşünürəm ki, həmin keyfiyyətlərin bir şəxsdə cəmləşməsi Azərbaycanın parlaq gələcəyinə təminat verir. Təbii ki, Azərbaycan uzaq gələcək haqqında – neft ehtiyatlarının tükənə biləcəyi dövr barədə düşünməlidir. Lakin mən onu da bilirəm ki, Azərbaycan hökuməti artıq indidən bu barədə düşünür. Ölkənin təkcə neftdən və qazdan asılı olmaması üçün Azərbaycan rəhbərliyi iqtisadiyyatın şaxələndirilməsi barədə fikirləşir. Azərbaycanı regionun digər ölkələri ilə müqayisə etsək görərik ki, İraqdan və ya Əfqanıstandan fərqli olaraq Azərbaycanda sabitlik bərqərar olmuşdur. Onu da qeyd etməliyəm ki, Azərbaycanın müstəqil siyasət yeritməsi məni sevindirir". 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı