“Google”un bütün analoqlarını üstələyən süni intellekti yaradılıb Dekabr 05, 2017 | 10:00 / Maraqlı məlumatlar

Cari ilin yazında “Google Brain” şirkətinin mühəndisləri insanların iştirakı olmadan öz şəxsi unikal süni intellektini yaratmaq imkanına malik “AutoML” süni intellektini təqdim etmişdilər. Bir müddət öncə məlum oldu ki, “AutoML” ilk dəfə insan tərəfindən yaradılmış bütün analoqlarını əhəmiyyətli dərəcədə üstələyən “NASNet” kompüter görməsi sistemini yaradıb. Süni intellektə əsaslanan bu sistem robotların görməsini tamamilə yeni səviyyəyə qaldıraraq avtonom avtomobillər və robot texnikasının inkişafında ciddi kömək ola bilər.

hi-news.ru saytının məlumatına görə, “AutoML” gücləndirmə təlimi adlandırılan sistem üzrə inkişaf edir. Faktiki olaraq, bu, ixtisaslaşdırılmış məsələlər üçün tamamilə yeni neyron şəbəkəni müstəqil hazırlayan idarəedici neyron şəbəkədir. Hazırda “AutoML”in əsas məqsədi real zamanda videoda obyektlərin maksimal dəqiq tanınması üçün sistemin yaradılmasıdır. Süni intellektyeni neyron şəbəkənin səhvlərini izləyərək və işinə düzəlişlər daxil edərək onu müstəqil olaraq öyrədib. Təhsil prosesi sistem işə yararlı olanadək bir neçə min dəfə təkrarlanıb. Bundan başqa, o, bu gün insanlar tərəfindən yaradılmış və öyrədilmiş bütün mövcud analoji neyron şəbəkələrini üstələyib.

Google-un rəsmi bəyanatına əsasən, “NASNet”in tanıma dəqiqliyi 82,7%-ə bərabərdir. Bu, cari ilin sentyabrında Oksford Universiteti və “Momenta” şirkətinin mütəxəssisləri tərəfindən əldə olunmuş əvvəlki rekord ilə müqayisədə, 1,2% daha yaxşıdır. Neyron şəbəkə, həmçinin 43,1% orta dəqiqlikli analoqlarından 4% daha effektivdir. “NASNet”in sadələşdirilmiş versiyası, mobil platformalara uyğunlaşdırılmış oxşar neyron şəbəkələri 3%-dən çox üstələyir. Bu sistem gələcəkdə kompüter görməsinin əhəmiyyətli olduğu avtonom avtomobillərin yaradılması zamanı geniş tətbiq oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı