“İnternetdə domen problemləri və həlli yolları” kitabı tədqiqatçılara, eləcə də tələbələrə dəyərli töhfədir Yanvar 23, 2014 | 11:11 / Yeni nəşrlər

“İnternetdə domen problemləri və həlli yolları” kitabı işıq üzü görüb. 

Kitabın müəllifi AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Rəna Qasımova, elmi redaktoru texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərovdur

Kiberfəzada baş verən domen problemlərinin yer aldığı yeni nəşrdə kibercinayətkarlıqla bağlı beynəlxalq səviyyədə qəbul olunmuş sənədlər, mexanizmlər və domenlərin hüquqi təminatı haqqında məlumatlar da öz əksini tapıb. 

Müəllif elmi-texniki tərəqqinin inkişafı ilə meydana çıxan problemlərdən söhbət açıb, İnternetin yaranma tarixi və inkişaf mərhələləri, domenlərin seçilməsi, əldə edilməsi, satışı və domen qalmaqalları haqqında araşdırmalarını oxucularla paylaşıb. 

Kitabda diqqəti cəlb edən məqamlardan biri də, milli İnternet resursların domen adları ilə bağlı məsələdir. “Azərbaycan virtual məkanda” sərlövhəli fəsildə ölkəmizin virtual məkanda mövcud vəziyyəti təhlil olunub, dünya informasiya fəzasının Azərbaycan seqmentinin formalaşdırılması və möhkəmləndirilməsi məqsədilə təkliflər irəli sürülüb. Ölkəmizdə İnternetin inkişaf tempi ilə bağlı statistik məlumatlar öz əksini tapıb, peşəkar veb studiyaların domen adları verilib. 

Azərbaycana məxsus bəzi coğrafi adların, tarixi, milli-mənəvi və mədəni dəyərləri özündə əks etdirən domen adlarının mənimsənilərək ələ keçirilməsi faktları, bu istiqamətdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda aparılan elmi araşdırmaların nəticələri də böyük maraq doğurur. 

“İnternetdə domen problemləri və həlli yolları” kitabı domen adlarına və onların hüquqi baxımdan tənzimlənməsinə marağı olan tədqiqatçı, mütəxəssis, hüquqşünas və tələbələr üçün dəyərli töhfədir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı