Nomofobiya – mobil telefonsuz qalmaq qorxusu İyun 04, 2014 | 02:00 / Texnoloji yeniliklər

Həkimlər bunu psixi pozğunluq kimi qəbul edirlər 

Nomofobiya – mobil telefondan istifadə etməyin mümkünsüzlüyü nəticəsində qorxu ilə səciyyələnən yeni fobiyadır. Telefonun qida bloku qurtarıb, şəbəkə itib və ya o haradasa unudulub, nəticədə insanda panika, narahatlıq yaranır. 

Hələ 2008-ci ildə aparılmış tədqiqatlar göstərmişdi ki, insanların 53%-i telefonunu heç vaxt söndürmür, 9%-i isə telefonsuz çox ciddi əsəb keçirir. 

Qenui Universiteti bu fobiyanı Diaqnostik və statistik dərsliyin psixi xəstəliklər üzrə növbəti buraxılışına daxil edilməsini təklif edir. 

Alimlər 15 ildə telefonundan bir saniyə belə ayrılmayan braziliyalını nümunə gətirirlər. O, yalnız telefonla özünü təhlükəsiz hiss edirmiş. Psixiatrlar onun vəziyyətini qismən də olsa yaxşılaşdıra bilsələr də (panik hallar azalmışdı), lakin fobiyanı müalicə edə bilməmişdilər. Həmin şəxs telefonu əlinin altında olmayanda özünü narahat, həyəcanlı hiss edirdi. 

Bu, ailə və ya dost-tanışlarla əlaqə yaratmaq mümkünlüyündən asılılıqdır. Və ya yaxınların telefon sahibi ilə xüsusən də fövqəladə hallarda əlaqə yaratmayacağından irəli gələn qorxudur. meddaily.ru saytının məlumatına görə, insanların 55%-inin narahatçılığına da səbəb kimi məhz bu göstərilib. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı