Verilənlərin klasterləşməsi problemlərinə həsr olunmuş tədqiqatlar davam etdirilir Noyabr 24, 2017 | 02:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin “Verilənlərin klasterləşməsi. Alqoritmlər və Tətbiqlər” (“Data Clustering. Algorithms and Applications”) kitabının müzakirəsinə həsr olunmuş növbəti elmi seminar keçirildi.

İnstitutun magistrantı Şəlalə Mansurova kitabın ikinci fəslini əhatə edən  verilənlərin intellektual analizini, maşın təlimi məsələlərində yüksək ölçü probleminin həllərindən biri kimi əlamətlərin seçilməsi və verilənlərin klasterləşməsi haqqında danışdı.

Məruzəçi verilənlərin intellektual analiz məsələlərində yüksək ölçü probleminin həllərindən biri kimi əlamətlərin seçilməsi üçün əsas mərhələlər və modellər haqqında məlumat verdi. Bildirdi ki, əlamətlərin seçilməsi üçün “subset generation”, “subset evaluation”, “stopping criterion”, “result validation” kimi əsas mərhələlər mövcuddur. Əlamətlərin seçilməsi üçün əsasən“filter”, “wrapper”, “hybrid” modellərindən istifadə olunur.

O, verilənlərin klaster analizində istifadə olunan əsas metodlardan söz açaraq buraya “partitioning”, “hierarchical”, “density-based” metodlarının daxil olduğunu qeyd etdi. Həmçinin ümumi verilənlər, mətn verilənləri, axın verilənləri, əlaqəli verilənlər və s. üçün alqoritmlərdən bəhs edildi və nümunə olaraq Spectral FS, Laplacian Score (LS), MultiClaster FS (MCFS), Feature weighting k-Means kimi alqoritmlər qeyd edildi. Modelin seçilməsi, miqyaslanma və s. kimi bəzi açıq problemlərə baxıldı.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Magistrantın elmi rəhbəri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev tədqiqatların daha da dərinləşdirilməsi istiqamətində tövsiyələrini verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı