İnstitutda e-elmin formalaşmasının elmi-nəzəri və praktiki məsələləri araşdırılır Noyabr 17, 2017 | 03:05 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında 3 saylı şöbənin 2017-ci il üçün hesabatı müzakirə olundu. Hesabatı şöbə müdiri Təhmasib Fətəliyev təqdim edərək şöbə əməkdaşlarının elmi-tədqiqat fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, cari ildə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi istiqamətində araşdırmalar aparılıb. E-elmin formalaşmasının problemləri çərçivəsində onun aktual elmi-nəzəri və praktiki məsələləri tədqiq edilib, beynəlxalq səviyyədə qabaqcıl e-elm layihələri analiz edilib.

Şöbə müdiri e-elmin tərkib hissəsi kimi vətəndaş elminin inkişafında sosial medianın rolunun araşdırıldığını və perspektiv istiqamətlərin müəyyənləşdirildiyini də diqqətə çatdırdı.

T.Fətəliyev cari il ərzində beynəlxalq və respublika əhəmiyyətli elmi konfranslarda iştirak edildiyini, tanınmış jurnallarda məqalələrin dərc olunduğunu bildirdi.

Məruzəçi elmi-innovasiya fəaliyyəti çərçivəsində görülmüş işləri də diqqətə çatdıraraq qeyd etdi ki, bu istiqamət üzrə AR Prezidenti yanında Elmin İnkişafi Fondunun “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi”qrant layihəsi üzrə işlər davam etdirilmiş, həmçinin AR Dövlət Neft Şirkətinin Elm Fondunun layihə müsabiqəsinə təqdim olunmuş “Əşyaların İnterneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması” qrant layihəsinin  hazırlanmasında iştirak edilmişdir.

O, həmçinin cari il ərzində şöbədə elmi-pedaqoji və elmi təşkilati fəaliyyəti, elmi-praktiki nəticələrin KİV-də təbliği və beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verdi.

Hesabat ətrafında müzakirələr aparıldı, şöbənin fəaliyyəti qənaətbəxş hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı