Düşüncənin gücü ilə idarə olunan ilk avtomobil təqdim olunacaq Noyabr 17, 2017 | 12:52 / Maraqlı məlumatlar

Cari ilin dekabr ayında “Vuzpromekspo 2017” sərgisində ilk dəfə Rusiyanın düşüncənin gücü ilə idarə olunan elektrik avtomobilinin konsepti təqdim ediləcək. Sağlamlıq imkanları məhdud insanlar üçün nəzərdə tutulmuş “neyromobil”in konsepti N.İ.Lobaçevski adına Nijeqorod Dövlət Universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb.

rueconomics.ru saytının məlumatına görə, istehsalçılar beyin və avtomobilin bort sistemləri arasında məlumat mübadiləsinə imkan verəcək sistemin üzərində işləyirlər. Xüsusi alqoritmlər beyin siqnallarını tanıyacaq və onları avtomobilin idarəetmə sisteminə ötürəcəklər. Unikal avtomobilin kütləvi istehsalına 2020-ci ildə başlanması planlaşdırılır. “Neyromobil”in qiymətinin 9250-16650 ABŞ dolları təşkil edəcəyi gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı