Çində robotlar diaqnoz qoyacaqlar Noyabr 16, 2017 | 09:15 / Maraqlı məlumatlar

Robot Çində həkimlər üçün məcburi olan Milli tibbi lisenziya ekspertizasının testindən müvəffəqiyyətlə keçib.

mignews.com saytının məlumatına əsasən, robot Çinin süni intellektlə məşğul olan aparıcı şirkəti “iFlytek Co Ltd” tərəfindən istehsal edilib. Şirkət nümayəndələri onun 456 bal topladığını, bu göstəricinin tələb edilən minimum baldan 96 bal yuxarı olduğunu bildiriblər.

İstehsalçıların sözlərinə görə, süni intellektlə təchiz edilmiş robot pasiyent haqqında informasiyanı toplayaraq təhlil edə və ilkin diaqnoz qoya bilər. O, gələcəkdə müalicənin effektivliyinin artırılması məqsədilə həkimlərə yardım etmək üçün istifadə olunacaq. Robot həkimləri əvəz etmək üçün nəzərdə tutulmayıb. Onun 2018-ci ilin mart ayında istehsal edilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı