“Microsoft” şirkəti "ağıllı saat" istehsal etməyi planlaşdırır May 30, 2014 | 12:00 / Texnoloji yeniliklər

“Forbes” jurnalı yazıb ki, ABŞ-ın “Microsoft” korporasiyası bu yay “ağıllı” saat nümayiş etdirərək daşınan elektronika bazarına çıxmağa hazırlaşır. Smart saatın özəlliyi sahibinin nəbzinin tezliyinin gecə-gündüz ölçülməsi funksiyasıdır. 

Nəşr yazır ki, “Microsoft” korporasiyası üçün ürək döyüntüsünün ölçülməsi texnologiyasının “Kinect” kontaktsız sensor oyun kontrollerini hazırlayıb. "Mütəxəssislərin "ağıllı” saat üçün hazırladıqları proqram platforması müxtəlif ötürücülərin məlumatlarını təhlil edərək istifadəçinin ürək döyüntüsü və ümumi fiziki forması haqqında dəqiq informasiya təqdim edəcək. 

ictnews.az elektron xəbər xidmətinin məlumatına görə, “Microsoft”un qurğusu tam rəngli sensor ekranla təchiz ediləcək. 

“Forbes” jurnalı yazır ki, “ağıllı” saat yalnız “Windows Phone” mobil əməliyyat sistemi ilə deyil, həmçinin “Apple” və “Google” şirkətlərinin “iOS” və “Android” platformaları ilə işləyən smartfonlarla sinxronlaşır. “Ağıllı saat" akkumulyatorunun şarjı iki gün üçün kifayət edəcək. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı