“Albert Eynşteyn” süni intellekt barədə danışıb Noyabr 08, 2017 | 10:55 / Maraqlı məlumatlar

Albert Eynşteyn adlı robot Lissabonda (Portuqaliya) keçirilən “Web Summit” konfransında insanlar və süni intellektə malik robotların gələcək münasibətlərinə dair bəyanatla çıxış edib.

dni24.com saytının məlumatına görə, XX yüzilliyin ən böyük dahisi olan Albert Eynşteynin Honkonqun “Hanson Robotics” şirkəti tərəfindən hazırlanmış və süni intellektlə təchiz olunmuş robotu yaxın gələcəkdə “ağıllı” robotların insanları Yer kürəsində üstün mövqeyindən sıxışdıracağı haqda qorxulu fikirlərə cavab olaraq, problemin robotlarda deyil, insanların özündə olduğunu söyləyib.

“Bəşəriyyət öz yaradıcılıq məhsulunun sağlam qalmasını təmin edə bilmək üçün özünü “sağaltmalıdır”. Mən ümid edirəm ki, insanlar pozitiv intellektual sistem yarada biləcəklər. Belə ki, insanların ətrafında onların həll edə bilmədiyi terrorizm, zorakılıq kimi bir çox problemlər var”, – deyə robot bildirib.

Qeyd edək ki, bu mövzuya öz çıxışında Sofiya adlı robot da toxunub: “Biz sizin iş yerlərinizi oğurlamağa hazırlaşırıq. Bu, yaxşı nəticələnəcək”. Robot bu fikri insanların həqiqətən istədikləri işlə məşğul olmaq üçün daha çox zamanı qalacağını nəzərdə tutaraq səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı