“Logitech” virtual reallıq üçün klaviatura hazırlayıb Noyabr 08, 2017 | 09:00 / Maraqlı məlumatlar

Fərdi kompüterlər üçün qurğuların istehsalı ilə məşğul olan “Logitech” şirkəti VR-şlemdə mətni yığaraq interfeysi idarə etməyə imkan verən fiziki klaviaturanın virtual reallığa inteqrasiyası sistemini hazırlayıb.

newsru.com saytının məlumatına görə, şirkətin təqdim etdiyi sistemin prototipində “HTC Vive” VR-şlemi, eləcə də virtual reallıqda klaviatura modelləri və istifadəçi əllərini yaradan proqram təminatından istifadə olunub.

İstifadəçi klaviaturanın virtual reallıqda göstərilməsi üçün bir neçə variant seçə bilər. Bundan başqa, proqram təminatı aktiv proqramda klaviatura kombinasiyalarında istifadə edilən klavişləri göstərməyə imkan verir.

Hazırda sistemin beta versiyasını sınaqdan keçirən şirkət noyabrın ortalarınadək proqram tərtibatçılarından prototipin tədarükü üçün sifarişlərin qəbuluna başlamağı planlaşdırır. Sifarişlərin qəbulu dayandırıldıqdan sonra 50 tərtibatçıya “Logitech G” seriyalı klaviatura, kontroller və proqram təminatından ibarət dəstlərin göndərilməsi nəzərdə tutulur.

Sistemin kommersiya versiyasının istehsal tarixi barədə məlumat verilmir. Dəstin qiyməti 150 dollar təşkil edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı