"İnternet coğrafiyanın predmeti, mahiyyəti, problemi" mövzusunda elmi seminar keçirildi May 29, 2014 | 02:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi. Tədbiri giriş sözü ilə açan institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev gündəlikdə duran məsələ haqqında məlumat verdi. O, son dövrlərdə AMEA-da yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirildiyini və multidistiplinar yanaşmalara xeyli diqqət ayrıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, belə istiqamətlərdən biri də İnternet coğrafiya ilə əlaqədar olan problemlərin öyrənilməsidir. Burada İnternetə, İKT-yə əhalinin ciddi ehtiyac duyduğu resurs və xidmət növü kimi baxılaraq onun coğrafi və regional xüsusiyyətləri öyrənilir. 

Sonra institutun elmi əməkdaşı Xalidə Həsənova "İnternet coğrafiyanın predmeti, mahiyyəti, problemi" adlı məruzəsini təqdim etdi. Öncə bu sahəyə dair əsas anlayışları qeyd edən X.Həsənova İnternet istifadəçilərin coğrafi regionlar üzrə paylanması haqqında məlumatları diqqətə çatdırdı. 

İnternetin paylanması nəzəriyyələri barədə danışan məruzəçi, uzun dalğalar və ya innovasiyalar nəzəriyyəsi, diffuziya və ya innovasiyaların diffuziya nəzəriyyəsi haqqında məlumat verdi. Bildirdi ki, İnternet coğrafiyaya IP ünvanların coğrafiyası, sosial şəbəkələrin coğrafiyası, internet mühitdə linqvistik coğrafiya, virus istehsalçılarının coğrafiyası və s. aiddir. 

Linqvistik coğrafiyadan danışan X.Həsənova qeyd etdi ki, İnternet istifadəçilərinin 36%-i ingilis dilində danışır, veb-saytların əsas dilləri ingilis, rus, alman dilləridir. Vikipediada olan məqalələrin əksəriyyəti isə ingilis, holland və alman dillərindədir. 

Məruzəçi, həmçinin iqtisadi rayonlar üzrə göstəricilər, coğrafi informasiya sistemlərinin tətbiqilə regionlarda İnternetə çıxış imkanı ilə təminatın xəritələşdirilməsi nümunəsi və internet coğrafiya sahəsində fəaliyyət göstərən alimlər haqqında məlumatları seminar iştirakçılarının nəzərinə çatdırdı. 

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı