Virtual reallıq filmi ilk dəfə “Oskar”a layiq görülüb Oktyabr 31, 2017 | 11:13 / Maraqlı məlumatlar

Virtual reallıq (VR) yalnız videooyunlar deyil, həm də incəsənətin perspektivli istiqamətlərindən biridir. Məşhur muzeyləri, sərgiləri ziyarət etməyə, Marsda və hətta Salvador Dalinin əsərlərinin daxilində olmağa imkan verən müxtəlif VR-proqramlar mövcuddur. Lakin incəsənət nümayəndələri bununla dayanmaq niyyətində deyillər. Belə ki, Hollivudda ilk dəfə məşhur rejissor Alexandro Qonsales İnyarritu öz VR-təcrübəsinə görə “Oskar” mükafatı alacaq.

İnyarritu kinematoqrafiya sahəsində “Survivor” (2015), “Birdman” (2014), “21 gram” (2003) və digər gözəl filmləri ilə tanınır. O, öz işlərində səmimiyyət, dramatizm, peşəkar operator işi və ən xırda detallara qədər yoxlanılmış quruluşu məharətlə uyğunlaşdırır. Hollivud tənqidçiləri meksikalı rejissorun işlərini qiymətləndirirlər. Onun “Ən yaxşı rejissor” və digər nominasiyalarda “Oskar” alması bunu təsdiq edir. İndi İnyarritu öz kolleksiyasına daha bir qızıl heykəlcik əlavə edəcək.

hi-news.ru saytının məlumatına görə, rejissorun yeni işini tam bir film adlandırmaq çətindir. Bu, daha çox VR-təcrübə, müxtəlif sərgi və tədbirlərdə nümayiş etdiriləcək quraşdırmadır. “Carne y Arena” adlandırılmış qısametrajlı işin əsas qəhrəmanları həyatları məhv edilmiş immiqrantlar və qaçqınlardır. “Oskar” mükafatı rejissora “hekayədə güclü göstərmə təcrübəsi” xüsusi nominasiyasında təqdim ediləcək. Kinoakademiklər son dəfə belə unikal nominasiyanı 1990-cı illərdə təsis ediblər, nüfuzlu mükafatı isə “Oyuncaqların hekayəsi” animasiya lenti alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı