Üzün tanınması sisteminə malik iPhone X bu yaxınlarda satışa çıxarılacaq Oktyabr 27, 2017 | 10:42 / Maraqlı məlumatlar

“Apple” şirkəti çərşənbə günü “Bloomberg News” resursunda dərc edilmiş məqaləni təkzib edib. Həmin məqalədə şirkətin iPhone X təchizatçılarına smartfonun satışa çıxarılmasını tezləşdirmək üçün qurğuda Face ID üzün tanınması sisteminin dəqiqliyini azaltmağa icazə verdiyi iddia edilir.

“Apple” şirkəti “Reuters” agentliyinə göndərdiyi elektron məktubda “Bloomberg-in bizim Face ID-nin dəqiqlik göstəricilərini azaltmağımız barədə olan iddiası tamamilə yalandır”, – deyə bildirib.

“Apple” öz bəyanatında təsdiq edib ki, iPhone X planlaşdırıldığı kimi, noyabrın 3-də satışa çıxarılacaq. Şirkətdən bildirilib ki, üzün identifikatorunun keyfiyyəti və dəqiqliyi dəyişməyib. Yeni iPhone-un blokdan təsadüfi olaraq çıxması ehtimalı əvvəlki kimi milyonda bir rast gəlinə biləcək hadisədir.

3dnews.ru saytının məlumatına görə, 999 dollar dəyərində olan iPhone X flaqman smartfonunun ən çox müzakirə olunan funksiyalarından biri də Face ID sistemidir. Sistem xüsusi alqoritmin köməyilə insanın üzünün riyazi modelini yaradaraq smartfonun ekranına baxmaqla ödəniş etməyə imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı