Elektron terminoqrafiyanın müasir vəziyyəti araşdırılıb Oktyabr 26, 2017 | 03:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 5 saylı şöbənin elektron terminoqrafiyaya həsr olunmuş növbəti elmi seminarı keçirildi.

“Elektron terminoqrafiyanın elmi-nəzəri əsasları və müasir vəziyyəti” mövzusunda məruzəni təqdim edən institutun əməkdaşı Səbinə Fomenko elektron terminoqrafiyanın elektron terminoloji lüğətlərin yaranması haqqında elm olduğunu bildirdi. Onun mətnin avtomatlaşdırılmış emalı, terminoloji verilənlər banklarının yaradılması, informasiya axtarış sistemləri xidməti, maşın tərcüməsi və s. ibarət olduğunu diqqətə çatdırdı.

Elektron terminoqrafiyanın problemləri haqqında məlumat verən məruzəçi onun xüsusi lüğətlərin tipologiya və təsnifatı, lüğət strukturu və müxtəlif növ terminoloji lüğətlərin ayrı-ayrı struktur parametlərinin təşkili prinsipləri, bazada olmayan terminlərin avtomatlaşdırılmış seçimi və s. problemlərinin mövcud olduğunu söylədi.

S.Fomenko elektron lüğətlərin strukturundan danışaraq onun strukturunu yaranma prosesində hazır korpuslardan istifadə etməklə dəyişdirməyin mümkünlüyünü bildirdi. O, lüğətlərin orijinal maketinin yaradılması üçün “Page-Maker” və ya “WinWord” kimi nəşriyyat sistemlərindən istifadə edildiyini, həmin sistemlərin lüğət məqalələrinin zonalarına üslub, əlifba və göstəricilər əlavə etmək imkanları yaratdığını qeyd etdi.

“Elektron terminoloji lüğətlərin əksəriyyəti təsviri xarakter daşıyıb digər bilik sahəsinin terminlərini təqdim edir”, – deyə bildirən məruzəçi bu lüğətlərin funksiyalarını diqqətə çatdırdı. Bildirdi ki, elektron terminoloji lüğətlər iş zamanı paralel sorğu, düzəlişlərin daxil olunması və dəyişdirilməsi, qeydlər, çap və s. funksiyaları yerinə yetirirlər.

S.Fomenko lüğətlərin yaradılması üçün hazır korpuslardan istifadə edildiyini, bu korpusların özünəməxsus istifadə qaydaları və onlara uyğun mətnlərin seçilmə tələblərinin olduğunu dedi.

Sonda məruzəçi hazırda mətndən bazada olmayan terminləri aşkar edən və terminlərin aid olduğu kateqoriyanı müəyyən edən proqramların mövcud olmadığını qeyd etdi. Bu problemin həlli üçün mətnlərdə mövcud olan terminlərin aşkar olunmasına yönəlmiş intellektual analiz proqramlarından istifadə olunmasının zəruriliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı