Beyinin fəaliyyətini yaxşılaşdıran qurğu hazırlanıb Oktyabr 25, 2017 | 12:45 / Texnoloji yeniliklər

Kanadanın Makqil Universiteti və “HRL Laboratories”in alimləri insanın öyrənmə qabiliyyətini artıran qurğu hazırlayıblar. O, beyinin elektrostimulyatorundan ibarətdir. Layihə ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat Layihələri Agentliyi (Defense Advanced Research Projects Agency – DARPA) tərəfindən maliyyələşdirilir.

hi-news.ru saytının məlumatına görə, cihaz beyinin böyük yarımkürələrinin ön qabığını stimullaşdıran sabit cərəyandan istifadə edir. O, məlum olduğu kimi, yaddaş, diqqət və qərarların qəbul olunması kimi koqnitiv funksiyaları yerinə yetirir. Alimlərin sözlərinə görə, qurğunun tətbiqi beyinin müxtəlif hissələri arasındakı əlaqələri yaxşılaşdırır ki, bu da daha sürətlə öyrənməyə imkan yaradır. Dəbilqənin elektrodları cərrahi müdaxilə olmadan başa bərkidilir.

Qeyd edək ki, cihaz artıq primatlarda sınaqdan keçirilib. Alimlər bu metodun gələcəkdə beyinin öyrənməyə imkan verən zonalarının stimulyasiyası üçün istifadə ediləcəyinə ümid edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı