AMEA Zoologiya İnstitutuna AzScienceNet-in virtual maşınlarından istifadə hüququ verilib Oktyabr 24, 2017 | 10:27 / Mühüm hadisələr

Məlumdur ki, AzScienceNet elm kompüter şəbəkəsi AMEA-nın institut və təşkilatlarının fəaliyyətinin daha səmərəli təşkili, institutların alim və mütəxəssislərinin dünya elmi mühitinə inteqrasiyası baxımından geniş imkanlar təqdim edir.  AzScienceNet-in Data Mərkəzində hesablama işlərini həyata keçirən və böyük həcmli yaddaş resurslarını təklif edən virtual maşınlar yaradılmışdır ki, bu da elmi müəssisələrdə aparılan tədqiqat işlərində qarşıya qoyulan məsələləri qısa vaxt ərzində həll etmək imkanı yaradır.

Bu yaxınlarda AMEA Zoologiya İnstitutuna AzScienceNet şəbəkəsinin virtual maşınlarından istifadə hüququ verilib. Bu maşınlar əlavə hesablama resursları təqdim edərək institutda populyasiya modellərinin riyazi modelləşdirilməsi üçün kosmik şəkilləri təhlil etməyə və nəticədə, müxtəlif populyasiyalar üçün hansı ərazilərin əlverişli olduğunu müəyyənləşdirməyə imkan verəcək.

Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı