Unikal tibbi skaner ixtira edilib Oktyabr 23, 2017 | 05:35 / Texnoloji yeniliklər

Rusiyalı alimlər real vaxt rejimində dərinin üst qatlarında qanın mikrosirkulyasiyası prosesini vizuallaşdırması üçün “LaserMicroVision” cihazını hazırlayıblar. Buna bənzər avadanlıq yalnız İsveçrədə var. Lakin onun böyük ölçüləri istifadə imkanlarını məhdudlaşdırır.

news.rambler.ru saytının məlumatında bildirilir ki, yeni qurğu patologiyaların səbəblərini aşkarlayır və zədələnmə zonalarını müəyyən edir. Lazer şüası dərinin 2 millimetrə qədər dərinliyinə nüfuz edərək, eritrositlərin hərəkət sürətini kontaktsız üsulla hesablamağa imkan verir. Lazer şüasının dəriyə belə təsiri zərərsizdir və pasiyent onu hiss etmir.

“Biz qurğunu bir ildən çoxdur ki, hazırlamışıq. İndi işin tamamlanması və konkret kliniki vəziyyətlər üçün ixtisaslaşdırılmış proqram təminatının yazılması ilə məşğuluq”,   layihənin eksperti Andrey Fomin bildirib.

İstehsalçıların sözlərinə görə, cihazdan tibbin xüsusi tədqiqatların keçirilməsini tələb edən istənilən sahəsində (onkologiya, dermatologiya, travmatologiya, plastik və rekonstruktiv cərrahiyyə) istifadə etmək olar. Qurğunun istifadə sadəliyi və yığcam ölçüləri onu mərkəzi rayon xəstəxanalarında, həmçinin elmi-tədqiqat institutlarında tətbiq etməyə imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı