Verilənlərin klasterləşməsi məsələlərinə həsr olunmuş elmi seminar keçirildi Oktyabr 23, 2017 | 12:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin “Data Clustering. Algorithms and Applications” (Verilənlərin klasterləşməsi. Alqoritmlər və Tətbiqlər) kitabının müzakirəsinə həsr olunmuş ilk elmi seminarı keçirildi.

İnstitutun magistrantı Şəlalə Mansurova kitabın ilk bölməsini əhatə edən verilənlərin klasterləşməsinə giriş, əsas anlayışlar, müxtəlif klasterləşmə alqoritmləri və vizuallaşdırma məsələləri haqqında ətraflı məlumat verdi.

Verilənlərin intellektual analizi və maşın təlimində verilənlərin klasterləşdirilməsi problemlərinin geniş tədqiq olunan məsələlərdən olduğunu söyləyən Ş.Mansurova klaster analizində istifadə edilən əsas metodları diqqətə çatdırdı. Bildirdi ki, bu metodlara ölçünün azaldılması metodu, məsafəyə əsaslanan metod, qrid əsaslı metod və s. daxildir.

“Klasterlərin analizində verilənlərin tiplərinin müxtəlifliyi klasterləşmə alqoritminin seçilməsinə təsir edən əsas amillərdəndir”, – deyə bildirən məruzəçi bu məqsədlə müxtəlif tipli (kateqorik, diskret, multimedia, qeyri-müəyyən və s.) verilənlərin klasterləşməsi metodlarının da araşdırıldığını diqqətə çatdırdı.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Magistrantın elmi rəhbəri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev verilənlərin klasterləşdirilməsi məsələlərinin tədqiqinin əhəmiyyətini qeyd etdi, tədqiqatların daha da dərinləşdirilməsi istiqamətində tövsiyələrini səsləndirdi.

Qeyd edək ki, “Data Clustering. Algorithms and Applications” kursunun tam mənimsənilməsi məqsədilə şöbədə davamlı olaraq seminarların keçirilməsi nəzərdə tutulur.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı