“Google”un süni intellekti proqramçıları üstələyib Oktyabr 20, 2017 | 02:55 / Maraqlı məlumatlar

Süni intellekt erası reallığı dəyişdirəcək və bəşəriyyətə mövcudluğun yeni səviyyəsinə nail olmağa imkan verəcək.

Bu haqda sərbəst şəkildə süni intellekt sistemləri yaradan alqoritmin hazırlandığı “Google” texnologiya korporasiyasının nümayəndələri bildiriblər. Belə ki, bu yaxınlarda proqramçılardan daha mükəmməl sistem yaradaraq öz istehsalçılarını belə təəccübləndirən “AutoML” layihəsi hazırlanıb.

“AutoML” şəkillərin kateqoriyalaşdırılması üçün alqoritm yaratdı. Bu, bizim aparıcı proqramçılarımız tərəfindən hazırlanmış alqoritmdən daha effektiv oldu. Qeyd etmək lazımdır ki, bu, olduqca sadə tapşırıqdır. “AutoML” isə öz üstünlüyünü təsvirlərdə obyektlərin nişanlanması üçün sistemin yaradılması kimi daha mürəkkəb alqoritmlərdə də göstərib”, deyə “Google” şirkətindən bildirilib.

planet-today.ru saytının məlumatına görə, mütəxəssislər “AutoML”in insanları geridə qoyduğu sahənin kifayət qədər mürəkkəb olduğunu söyləyiblər. “Google” proqramçılarının bəziləri bu sahədə işləməyə imkan verən təcrübəyə malikdir. Bu kimi mürəkkəb alqoritmləri hazırlamağı bacaran süni intellektin yaradılması mühüm praktiki nəticələrə gətirib çıxara bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı