“Google Search”in meneceri: “Axtarış sistemlərində səs texnologiyalarının perspektivləri böyükdür” May 30, 2014 | 03:44 / Texnoloji yeniliklər

Dünyanın nəhəng axtarış sistemi olan “Google” şirkətinin axtarış məhsulları üzrə meneceri Kartik Merfi lenta.ru saytına müsahibəsində “Smartfonla necə “həmsöhbət” olmaq olar və bunun üçün nə etmək lazımdır?” kimi sualları cavablandırıb. 

- “Lenta.ru”: İstifadəçilər tərəfindən axtarış sistemlərində səs texnologiyalarının tətbiqinə tələbat varmı? Statistik göstəricilərlə bölüşə bilərsinizmi, “Google”a olan səs sorğularının payı nə qədərdir? 

- Bu informasiyanı açıqlamırıq. Əlbəttə ki, mətnə olan sorğular hələ ki, daha çoxdur. Lakin səs axtarışı yeni texnologiyadır və buna olan tələbat getdikcə artmaqdadır. Biz istəyirik ki, axtarışı ünsiyyət prosesinə çevirək ki, sizlər axtarış sistemi ilə qarşınızdakı insanla ünsiyyət qurduğunuz kimi danışa biləsiniz. 

- Səs axtarışı nə vaxtsa sorğuların sayına görə klaviatura vasitəsilə daxil edilən məlumatlara olan axtarışı qabaqlaya bilərmi? 

- Elə hallar olur ki, həmin vaxt səsdən istifadə etmək daha münasibdir, misal üçün, mətbəxdə xörək hazırlayarkən və ya avtomobili idarə edərkən. Lakin elə vəziyyətlər də yaranır ki, burada çap etmək daha rahatdır, misal üçün, qatarın səs-küylü vaqonunda. Düşünmürəm ki, səs tamamilə mətni əvəz edəcək. Ən əsası odur ki, istifadəçinin seçimi olsun. 

- “Google” təkcə axtarış imkanlarını deyil, həm də rus dilində səs komandalarını anons edib – istifadəçi səslə zəngli saatı qura və ya proqramı aça bilər. Bu texnologiyalar müxtəlif komandalar tərəfindən hazırlanır? 

- Səs axtarışı kimi səs komandaları da mütəxəssislərdən ibarət komanda tərəfindən hazırlanır. Hər iki halda “Google” özünün nitqin tanınması texnologiyasından istifadə edir. 

- Siz, sükan arxasında səs axtarışından istifadəni qeyd etdiniz. Sirr deyil ki, avtomobildə səs texnologiyalarının tətbiqi bazarda ən aktual mövzulardan biridir. Həm “Apple”, həm də “Microsoft” mobil platformaların avtomobillərlə inteqrasiyası istiqamətində çalışırlar. “Google” bu sahədə hanısı tədbirləri görür? “Android in the Car” sisteminin meydana gəlməsini gözləmək olarmı? 

- Gələcək planlarımız haqda danışa bilmərəm. Lakin avtomobildə səs texnologiyaları “Google” üçün çox önəmlidir. Biz imkanları öyrənirik. Səs axtarışı və idarəetməsinin böyük perspektivləri var. 

- Səs texnologiyalarının hazırlanmasında ən əsas məhdudiyyətləri nədə görürsünüz? 

- Birinci faktor – səsin tanınmasıdır. Bir çox danışıq tərzləri, tələffüz və aksentlər vardır. Misal üçün, Rusiyada səs axtarışını işə salanda, sistem başqa ölkələrdən çox fərqlənir. İkinci aspekt – biz istəyirik ki, istifadəçinin təbii dildə verdiyi sualları cavablandıraq. Məsələn, "Sabah mənə çətir lazım olacaqmı?". Hətta ölkə daxilində “Vaxt və hava haqqında sadə sualı necə vermək olar?” haqqında minlərlə üsulu nəzərə almalıyıq. 

- Bu sahədə öhdəsindən gəlinməsi mümkün olmayan çətinliklər varmı? 

- Biz “Google”da “mümkün olmayan heç nə yoxdur” deməyə adət etmişik. Ən mürəkkəb məsələ təbii səs axtarışını ərsəyə gətirməkdir. Bunun üçün nadir suallara cavab vermək, əməliyyatları yerinə yetirmək, sualla əməliyyat arasındakı fərqi başa düşmək lazımdır. Amma bunların öhdəsindən gəlmək mümkündür, sadəcə, bunun üçün vaxt və daha çox resurs lazımdır. 

“Google” səs axtarışının sınaqdan keçirilməsi bir nöqsanı aşkar etdi. Misal üçün, əgər istifadəçi hər-hansısa bir xörəyin hazırlanması ilə bağlı videoçarxı axtarırsa (təbii ki, bu vaxt o, mətbəxdədir və onun əlləri məşğuldur), yaxud da avtomobildədirsə və təşkilatın yerləşdiyi yeri soruşursa, o, onsuz da tez-tez ekrandakı linki açmalı olacaq. 

- Bizim üçün əsas prioritet birbaşa cavab modelidir, yəni istifadəçiyə yetərli qədər lazımi məlumat verməkdir ki, onun linkləri açmasına ehtiyac qalmasın. Lakin biz, sizin qeyd etdiyiniz prosesləri də təkmilləşdirməyə çalışırıq. Əlbəttə ki, əgər siz, konkret video haqqında soruşursunuzsa, o, avtomatik olaraq işə düşməlidir. Biz, istifadəçilərin suallarına veriləcək cavablarla bağlı müxtəlif variantları nəzərdən keçiririk ki, smartfonlar sorğu kitabçası deyil, daha çox şəxsi assistent rolunu oynasın. 

- Səs axtarışı texnologiyalarında hansı trendləri gözləməyə dəyər? 

- Qeyd etdiyim kimi, axtarış sistemlərində səsə olan sorğuların payı artacaq. İndi siz, həmsöhbətinizlə danışdığınız kimi eynilə də gələcəkdə smartfonla danışa biləcəksiniz. İnsanlar həm də axtarış sistemindən linklərin siyahısını deyil, konkret cavablar gözləyirlər. Axtarış sistemlərinin bu istiqamətdə transformasiyasında səs əsas rolu oynayacaq. Nəhayət, istifadəçiyə lazım olacaq informasiyanı qabaqcadan bilmək də vacibdir. Hazırda bununla bağlı Google Now çərçivəsində işlər aparılır. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı