Yeni onlayn təhsil proqramı istifadəyə verilib Oktyabr 16, 2017 | 04:05 / Maraqlı məlumatlar

“Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak İT sahəsində işləmək üçün vacib olan bacarıqların öyrədilməsi və texnologiyalar sənayesində məşğulluğun populyarlaşdırılması üçün “Woz U” onlayn təhsil proqramını istifadəyə verib.

hitech.vesti.ru saytının məlumatında bildirilir ki, layihənin əsas məqsədi elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət sahələrində karyeraya marağı artırmaqdır. Voznyakın sözlərinə görə, yeni startap zamanla bütün dünyada proqram təminatının hazırlanmasından kibertəhlükəsizliyə qədər ən müxtəlif sahələr üzrə kurslar təklif edən 30 təhsil mərkəzindən ibarət şəbəkəyə çevriləcək. Həmçinin şəxsi İT-şirkətini yaratmağı arzu edənlər üçün startap yaratmaq planlaşdırılır.

“İnsanlar texnologiyalar sahəsində karyeraya başlamağa qorxurlar, çünki onlar bu işin öhdəsindən gələ bilməyəcəklərini düşünürlər. Mən onlara kömək etmək istəyirəm. Bütün həyatım boyu dünyanı texnologiyalar vasitəsilə inkişaf etdirmək üçün çalışmışam və həmişə təhsilə hörmətlə yanaşmışam. İndi “Woz U”nun istifadəyə verilməsinin vaxtıdır”,   deyə Stiv Voznyak bildirib.

“Woz U” kurslarının qiyməti haqqında informasiya hələ ki, rəsmi saytda yerləşdirilməyib. Lakin artıq bir neçə giriş kursunun təqdim edildiyi mobil proqram istifadəyə verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı