Yeni texnologiya insanı yerişinə görə tanıyacaq Oktyabr 13, 2017 | 02:20 / Texnoloji yeniliklər

Çin alimləri insanın kimliyini yerişinə görə, o, üzünü gizlətdikdə belə təyin edən yeni biometrik identifikasiya texnologiyası hazırlayıblar. Sistemin işləməsi üçün hədəfdən 50 metr məsafədən uzaq olmayan kamera lazımdır. Texnologiya ritm, sürət və hərəkətin digər xüsusiyyətləri daxil olmaqla, yerişin unikal “rəsmi”nə əsaslanır.

Çin Elmlər Akademiyası nəzdində Avtomatlaşdırma İnstitutunun tədqiqatçısı Xuan Yunçjen bildirib ki, yeni texnologiya gözün qüzehi qişasının skanerindən 10 dəfə daha sürətli işləyir. Tanımanın sürəti 200 millisaniyəni ötmür. Bu, insanın gözünü qırpmasından (300-400 ms) daha sürətlidir. Alqoritm 1000 kv.m sahədə minədək insanı müəyyən edir ki, bu da ondan sıx məskunlaşmış şəhərlərin sakinlərinin sayının hesablanması üçün istifadə etməyə imkan verir.

hitech.vesti.ru saytının məlumatına görə, biometrik identifikasiya sistemləri Çinin bütün ərazisində tətbiq edilir. Ölkənin dörd şəhərində yol kəsişmələrində yol hərəkəti qaydalarını pozan piyadaları aşkar edən kameralar quraşdırılıb.

Xatırladaq ki, bu yaxınlarda sifətin tanınması funksiyasına malik kameralar Asiyada ən böyük pivə festivalına gəlmiş axtarışda olan 25 vətəndaşın saxlanılmasına kömək edib.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı