Qarğalara şəhər küçələrini təmizləmək öyrədiləcək Oktyabr 10, 2017 | 03:00 / Maraqlı məlumatlar

Ağıllı varlıqlardan hesab olunan qarğalar analogiyanı anlamaq, eləcə də alətlərdən istifadə etmək bacarığına malikdirlər. Bəzi alimlər hesab edirlər ki, onların intellekti meymunların intellekti ilə rəqabət apara bilər. Holland startapı “Crowded Cities” qarğaları siqaret kötüklərini xüsusi qablara gətirməklə əvəzində yemək əldə etməyə öyrətmək niyyətindədir.

Hazırda şəhərlərin küçələrində çox sayda siqaret kötüklərinə rast gəlinir. Layihə yaradıcılarının sözlərinə görə, Amsterdam şəhərinin küçələrinə hər il təxminən 6 milyard kötük atılır. Buna görə də, startap komandası şəhərlərdə kötüklərin axtarışı ilə məşğul olacaq ağıllı quşların istifadə olunduğu sistem yaratmağa qərar verib. 

naked-science.ru saytının məlumatına görə, layihənin müəllifləri ABŞ texnoloqu Coşua Kleynin 2008-ci ildə təsvir etdiyi, qarğaları sikkələr yığaraq onları yer fındığı ilə dəyişməyə öyrədən ticari avtomatın işindən ilhamlanıblar.

“Crowded Cities” də analoji yanaşmadan istifadə edir. Komandanın üzvləri mürəkkəb yemləmə qabı olan “Crowbar” adlı xüsusi qurğu hazırlayıblar. Quşlar kötükləri gətirərək “Crowbar” qıfına atmalıdır. Qıfın içində quraşdırılmış kamera qıfa düşən predmetin həqiqətən kötük olduğunu təsdiq etmək imkanına malikdir. Bundan sonra sistem xüsusi platformaya quşlar üçün müəyyən miqdarda yemək təqdim edir.

“Crowded Cities” komandasının üzvlərinin bildirdiyinə görə, hazırda sistemin bütün komponentləri işə hazırdır. “Crowbar” qurğularının Amsterdamın küçələrində quraşdırılmasından sonra sınaqlara başlanılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı