“Cisco” Barak Obamanı ixrac edilən texniki avadanlıqlara dinləmə “böcəyi”nin yerləşdirilməsinə son qoymağa çağırıb May 20, 2014 | 04:00 / Texnoloji yeniliklər

ABŞ-ın şəbəkə avadanlıqları istehsal edən “Cisco” şirkətinin prezidenti Con Çembers ölkə başçısı Barak Obamaya məktub ünvanlayıb. Məktubda ixrac edilən texniki avadanlıq və cihazlara xüsusi xidmət orqanları tərəfindən dinləmə “böcəkləri”nın yerləşdirilməsinə son qoyulması tələb edilib. Şirkət rəhbərinin müraciətinə Ars Technica saytında Milli Təhlükəsizlik Agentliyi (MTA) əməkdaşlarının “Cisco”nun bağlamalarını açarkən əks olunan görüntülər səbəb olub. 

C.Çembers bildirib ki, MTA-nın siyasəti xarici müştərilərin Amerikanın İT-şirkətlərinə olan etibarını azaldır: “Yeni yanaşma olmasa, bu, ABŞ-ın texnologiyalar sahəsində liderliyini itirməsinə gətirib çıxara bilər”. 

"The Financial Times" qəzetinin məlumatına görə, agentliyin bu fəaliyyəti ona gətirib çıxarıb ki, şirkətin bəzi ölkələrdəki müştəriləri məhsulları almaqdan imtina ediblər. Bununla bağlı bəyanat üçüncü rübün yekunlarına görə şirkətin gəlirlərinin 12% aşağı düşdüyü məlum olandan sonra edilib. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı