Ağcaqanadları kənarlaşdırma funksiyasına malik ilk smartfon Sentyabr 29, 2017 | 11:00 / Maraqlı məlumatlar

“LG” şirkəti ağcaqanadlardan müdafiə texnologiyasının (Mosquito Away) istifadə olunduğu K7i qeyri-adi smartfonunu təqdim edib. İstehsalçılar bildirirlər ki, smartfon öz sahibini ağcaqanadlardan qoruya bilər.

belta.by saytının məlumatına görə, “Mosquito Away” texnologiyası telefonunun arxa qapağına quraşdırılmış, 30 KHs-dan yuxarı tezlikdə ultrasəs dalğaları yaradan dinamiklərdən ibarətdir. İnsanlar bu səsləri eşidə bilməsə də, ağcaqanadlar onları sevmirlər.

Smartfonun qapağını istəkdən asılı olaraq “Mosquito Away” texnologiyası olmayan adi qapaqla əvəz etmək olar.  Hindistanda satışa çıxarılacaq LG K7i-nin dəyəri təxminən 120 dollar təşkil edəcək. Bu yeniliyin digər ölkələrdə də satışa çıxarılıb-çıxarılmayacağı hələ ki, məlum deyil.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı