"Proqram mühəndisliyi" kitabı işıq üzü görüb May 20, 2014 | 03:08 / Yeni nəşrlər

Yeni nəşrin müəllifləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Kazımov və institutun böyük elmi işçisi Tamilla Bayramovadır.

İnstitutun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudovanın elmi redaktorluğu ilə çap olunan kitabda proqram mühəndisliyinin meydana gəlməsi, inkişaf mərhələləri, problemləri və mürəkkəb proqram sistemləri haqqında məlumat verilmişdir. Mürəkkəb proqram sistemlərinin həyat dövrünün mərhələləri, tətbiq edilən model və metodlar araşdırılmışdır. Miras qalmış sistemlər, onların layihələndirilməsi və yenidən işlənilməsi, proqram təminatının təkamülü, bu sahədə olan dünya təcrübəsi və tətbiq edilən standartlar haqqında məlumatlar verilmişdir. 

Kitab informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün dəyərli mənbədir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı