“Google” axtarış sisteminin yaradılmasından 19 il ötür Sentyabr 27, 2017 | 12:10 / Maraqlı məlumatlar

Stenford Universitetinin (ABŞ, Kaliforniya) “BackRub” sistemi üzərində işləyən tələbələri Larri Peyc və Sergey Brin 1998-ci ildə bu sistem əsasında “Google” tədris layihəsini yaradıblar.

my-calend.ru saytının məlumatına görə, axtarış sisteminin doğum gününün hansı tarixdə qeyd olunması hələ də mübahisə doğurur. Belə ki, müxtəlif illərdə sentyabr ayında bu sistem üçün 3 əlamətdar hadisə baş verib. 1997-ci il sentyabrın 15-də google.com domeni rəsmən qeydiyyatdan keçib, 1998-ci ilin sentyabrın 7-də şirkət hüquqi şəxs status alıb, 2006-cı ildə isə öz bloq səhifəsində doğum gününün 27 sentyabrda qeyd olunacağı haqqında məlumat paylaşıb.

İstifadəçilər bununla bağlı iki mülahizə irəli sürürlər: Birinci versiyaya əsasən, məhz 2002-ci il 27 sentyabr tarixində sistemin əsas səhifəsində ilk loqotip (tort və 4 şam) yerləşdirilib. Digər istifadəçilər hesab edirlər ki, səbəb “Yahoo” sistemi ilə indeksləşdirilmiş səhifələrin sayına görə aparılan rəqabət idi. 2005-ci ilin avqust ayında “Yahoo” şirkəti “Google”u ötdüyünü bildirib. Sentyabrda 2 dəfə ad gününü qeyd edən “Google” 2005-ci ilin sentyabrın 27-də öz liderliyini bəyan edib və məhz bu tarix hazırda “Google” axtarış sisteminin doğum günü hesab edilir.

Şirkət ad günü münasibətilə hazırladığı xüsusi “doodle”da 19 illik fəaliyyətində baş vermiş gözlənilməz hadisələr barədə məlumat verib. Hazırda axtarış sistemi 160 ölkədə 123 dildə danışan 4,5 milyarddan çox insana xidmət edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı