İnstitutun əməkdaşı Ümumdünya Gənclər və Tələbələr Festivalında iştirak edəcək Sentyabr 26, 2017 | 02:25 / Mühüm hadisələr

14-22 oktyabr 2017-ci il tarixlərdə Rusiyanın paytaxtı Moskva şəhərində XIX Ümumdünya Gənclər və Tələbələr Festivalı keçiriləcək. Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı, texnika üzrə fəlsəfə doktoru Lyudmila Suxostat da iştirak edəcək.

17 illik tarixə və adət-ənənələrə malik olan dünyamiqyaslı festival bu illər ərzində minlərlə gənci “həmrəylik, sülh və dostluq” şüarı altında bir araya gətirmişdir. Bu il tədbirdə 150 ölkədən 20 000-dən çox gəncin iştirak edəcəyi gözlənilir.

Festival dünyanın müxtəlif ölkələrindən olan gənclərə dostluq və əməkdaşlıq əlaqələri qurmaq, müasir gəncliyin üzləşdiyi qlobal problemlərə dair fikir mübadiləsi aparmaq və təcrübələrini bölüşmək üçün geniş imkanlar açır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı