“Knightscope” şirkəti yeni mühafizə botlarını təqdim edib Sentyabr 25, 2017 | 11:00 / Maraqlı məlumatlar

Silikon vadisindən olan istehsalçılar uzun müddətdir ki, robot-keşikçilərin yaradılmasıyla məşğul olurdular. Onların ilk avtonom maşınları daha çox təkərli böyük zibil qabına oxşayırdı, lakin bununla yanaşı, onlara tapşırılmış ərazilərin keşiyinin çəkilməsinin öhdəsindən də gəlirdilər. Hazırda şirkət robot-keşikçilərin iki yeni modelini təqdim edib. Onlardan biri K1 stasionar botu, ikincisi isə dörd təkərli K7 avtonom roveridir.

hi-news.ru saytının məlumatına görə, roverin sürəti saatda beş kilometrlə məhdudlaşdırılıb. Lakin bu temp K7-yə onun qarşısına qoyulmuş ərazinin keşiyinin çəkilməsi üzrə məsələləri yerinə yetirməyə imkan verir. Bundan başqa, bot ona lazım olan informasiyanı topladığı, sonra isə onu operatoruna ötürdüyü tənzimləyici və kameraların tam dəstiylə təchiz edilib.

İstehsalçılar bildirirlər ki, K1 yoldan keçənləri skan edərək və metal predmetləri aşkarlayaraq məsələnin öhdəsindən daha yaxşı gəlir. Buna görə də, ehtimal olunur ki, tezliklə məhz onlar xəstəxana, vağzal və aeroportlarda mövcud olan metal axtaranları əvəz edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı