İnstitutun əməkdaşları AMEA Riyaziyyat və Mexanika İnstitutunun 55 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış ediblər May 20, 2014 | 11:00 / Konfranslar, iclaslar

AMEA Riyaziyyat və Mexanika İnstitutunda bu elmi müəssisənin yaranmasının 55 illiyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib. 

Tədbirdə tanınmış elm və mədəniyyət xadimləri, dünyanın müxtəlif ölkələrindən olan nümayəndələr, alim və mütəxəssislər iştirak ediblər. 

Konfransın plenar iclaslarında AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları da məruzələrlə çıxış ediblər.

İnstitutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və institutun böyük elmi işçisi Roza Şahverdiyeva birgə müəllifi olduqları “Qeyri-müəyyənlik şəraitində innovasiya strukturlarının fəaliyyətinin iqtisadi-riyazi modelləşdirməsi” mövzusunda məruzəni təqdim ediblər. 

Məruzədə innovasiya strukturlarının fəaliyyətinin təhlili prosesində iqtisadi-riyazi modelin qurulması ilə bağlı problemlər, eləcə də qeyri-müəyyənlik şəraitində modelləşdirmə və onun əsasında müxtəlif səviyyəli qərarların qəbulunun mümkün nəticələrinin qiymətləndirilməsi haqqında məlumat verilib.

Tədbirin növbəti plenar iclasında Ə.Əliyev və institutun elmi işçisi Şəfa Bağırova “İKT sferasında iqtisadi artım modelləri vasitəsilə investisiyaların optimal idarə olunması” mövzusunda çıxış ediblər. Məruzədə iqtisadiyyatın sektorlarına optimal kapital qoyuluşunun müəyyənləşdirilməsi üçün müvafiq alqoritmlərdən və hər bir sektorda investisiyanın iqtisadi artıma təsiri və təhlili barədə məlumatlar diqqətə çatdırılıb. İnvestisiyaların optimal idarə olunması məsələlərinin tədqiqi və İKT-nin müvafiq sektorlarına optimal kapital qoyuluşunun müəyyənləşdirilməsinin mümkün üsullarından söz açıblar . 

Sonda dosent Ə.Əliyev hər iki məruzənin Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanda İnformasiya İqtisadiyyatının formalaşması problemlərinin təhlili” layihəsi çərçivəsində hazırlandığını nəzərə çatdırıb. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı