Yeni dron mənzildə baş verənləri izləməyə imkan verəcək Sentyabr 20, 2017 | 03:57 / Maraqlı məlumatlar

“Aevena” startap-şirkəti “Aire” adlı uçuş robotunu istifadəçinin mənzilində baş verənləri birbaşa yayım vasitəsilə izləyə biləcəyi “ağıllı” sistemini hazırlayır. 4 ultrasəs sensoru və 3D-kamera ilə təchiz edilmiş “Aire” istənilən istiqamətdə maneələri aşkar edə və onları dəf edə bilir, onun 4K keyfiyyətli əsas kamerası qaranlıqda da çəkə bilir.

popmech.ru saytının məlumatına görə, qurğu Wi-Fi vasitəsilə drona qoşulmuş smartfona yüklənmiş mobil proqramın köməyilə idarə olunacaq. Dron gələcəkdə mənzili sərbəst şəkildə izləyə biləcək. Qurğunun səthi yumşaq parça ilə örtülüb ki, bu da ətrafdakı obyektlərlə toqquşma zamanı dronu güclü zədələrdən qoruyur. “Aire” həmçinin “Alexa” virtual köməkçisi vasitəsilə səslə idarəetməni dəstəkləyəcək.

Hazırda startap təxminən 22 000 dollar toplaya bilib. “Kickstarter” platformasında layihənin rəsmi səhifəsində “Aire” ilə yaxından tanış olmaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı