Sənaye robotlarından ibarət musiqi qrupu Sentyabr 19, 2017 | 10:00 / Maraqlı məlumatlar

Tez-tez insanlar robot texnikası və incəsənəti birləşdirməyə cəhd edirlər. Bir müddət öncə simfonik orkestr və əfsanəvi tenor Andrea Boçelli ilə bir səhnədə çıxış edən robot-dirijor haqqında məlumat verilmişdi. Bu yaxınlarda isə, bir az əvvəl ilk musiqi albomunu yazan sənaye robotlarının musiqi kollektivi təqdim olunub. Yeni Zelandiya musiqiçisi Naycel Stenfordun yaratdığı qrup “Automatica” adlanır.

hi-news.ru saytının məlumatına görə, Naycel öz studiyasında kompozisiyaları üçün müxtəlif vizuallaşdırmalar yaradaraq səs dalğaları və müxtəlif dinamikalarla tez-tez təcrübələr keçirir və onları “YouTube” kanalında yerləşdirir. Sonra isə o, alman şirkəti “Kuka Roboter”dən üç sənaye robotu alaraq öz yeni “metal dostlarının” köməyi ilə musiqi yaratmağa müvəffəq olub. 

Musiqiçi avtomobillərin quraşdırılması və qaynaq işləri üçün istifadə olunan sənaye robotlarına musiqi alətlərində ifa etməyi öyrətmək üçün uyğun proqram təminatı əldə edib və proqramlaşdırmağı öyrənərək onları öz ehtiyacı üçün uyğunlaşdırmağa müvəffəq olub.. Bu işdə o, “Robot Animator” və “Maya 3D” proqram paketlərindən istifadə edib.

Qeyd edək ki, robotlar fortepiano, barabanlar, bas-gitara, sintezator və “DJ turntable” daxil olmaqla, beş müxtəlif alətdə ifa etməyi öyrəniblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı