Hər il sentyabr ayının 19-u bütün dünyada qeyri-adi bayramlardan biri – “mehriban” elektron simvol olan “smaylik”in ad günü kimi qeyd olunur.
1982-ci il sentyabr ayının 19-da Karneqi Mellon Universitetinin professoru Skott Falman ilk dəfə olaraq mətndə “gülən üz” mənasını ifadə edən 3 simvoldan - bir-birinin ardınca iki nöqtə, defis və bağlayıcı mötərizədən istifadə etməyi təklif etdi.
calend.ru saytının məlumatına görə, Falmanın müasir internet-forumların prototipi olan yerli elektron lövhəyə göndərdiyi məktub bugünədək qorunub saxlanılır. Bu lövhə həmin dövrdə universitet əməkdaşları arasında əsas ünsiyyət vasitəsi idi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.