İlk “ağıllı” polis bölməsi Sentyabr 19, 2017 | 09:51 / Maraqlı məlumatlar

Dubayda tamamilə avtomatlaşdırılmış “ağıllı” polis bölməsi fəaliyyətə başlayıb.

mir24.tv saytının məlumatına görə, bu, dünyada ilk belə müəssisədir. Bölmənin ziyarətçiləri 60 növ xidmətdən istifadə etmək imkanı əldə edəcəklər. Həmçinin yol-nəqliyyat hadisəsi haqqında məlumat və ya hüquqların pozulması haqqında ərizə verə biləcəklər. Burada polislə ünsiyyət videoəlaqə vasitəsilə və elektron şəbəkə üzərindən həyata keçirilir. “Ağıllı polis bölməsinin gündə 24 saat, həftədə 7 gün işləyəcəyi gözlənilir.

BƏƏ hakimiyyəti Dubayın bütün rayonlarında bu kimi müəssisələr yaratmaq niyyətindədir. Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları onların adi polis bölmələrini boşaltmağa kömək edəcəyinə əmindirlər.

Xatırladaq ki, iyun ayında Dubayın polis xidmətinə “O-R3 adlı patrul robomobilinin gətiriləcəyi məlum olub. Nəqliyyat vasitələri avtonom rejimdə şəhərin küçələri ilə hərəkət edərək insanları və avtomobilləri skan edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı