“Ağıllı” şinlər hazırlanıb Sentyabr 15, 2017 | 11:00 / Maraqlı məlumatlar

Almaniyanın “Continental” şirkəti yol şəraitinə uyğunlaşa bilən və öz vəziyyətini monitorinq edən “ağıllı” şinlər təqdim edib.

Şinlərə rəqiblərdə analoqu olmayan iki yeni texnologiya – “ContiSense” və “ContiAdapt” əlavə olunub. “Ağıllı” şinlər tənzimləyicilər dəstinin köməyi ilə dərinliyi və protektorun temperaturunu fasiləsiz ölçür, sonra isə, bu məlumatları elektrik keçirən rezin vasitəsilə bilavasitə avtomobildə qəbulediciyə və ya Bluetooth vasitəsilə sürücünün smartfonuna göndərir.

İstehsalçılar bildirirlər ki, “ContiSense” şinin deşilməsi haqqında ənənəvi təzyiq tənzimləyicilərindən daha sürətlə xəbərdarlıq etmək imkanına malikdir.

popmech.ru saytının məlumatına görə, gələcəkdə “ContiSense” sistemi real zamanda şindən yol örtüyü haqqında (temperatur, rütubət, səthlə birləşmə əmsalı) informasiya əldə etməyi öyrənəcək. “ContiAdapt” adlı sistem şinə quraşdırılmış yığcam kompressorların köməyi ilə təzyiqi dəyişdirə və bununla səthin tipindən asılı olaraq yol ilə əlaqənin sahəsini optimallaşdıra bilir. Bu, şinə istənilən yol şəraitinə uyğunlaşmağa imkan verəcək.

“Continental” şirkəti baza sazlaması kimi normal, kələ-kötür, yaş və sürüşkən yollar üçün müxtəlif rejimlər təklif edir. Sistem, həmçinin ekstremal şərait üçün şinlərdə az müddətə çox alçaq təzyiq yaratmağa imkan verir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı