Çində kibertəhlükələr üzrə milli məlumat bazası yaradılacaq Sentyabr 14, 2017 | 03:00 / Maraqlı məlumatlar

Çində telekommunikasiya və internet şirkətləri, həmçinin domen adları provayderləri bütün təhlükələr haqqında hökümətə məlumat verməli olacaqlar.

Çin Xalq Respublikası hökuməti milli mərkəzləşdirilmiş, kiberhücumlar haqqında bütün informasiyanın toplanacağı məlumat bazası yaratmaq niyyətindədir. Bunun üçün telekommunikasiya və internet şirkətləri, həmçinin domen adları provayderləri bütün təhlükələr haqqında hökumətə məlumat təqdim etməli olacaqlar.

Çinin Sənaye və Məlumatlandırma Nazirliyinin fərmanına əsasən, əlaqə operatorları, biznes və dövlət orqanlarının nümayəndələri milli məlumat bazasına təhlükəsizlik hadisələri (troyanlardan istifadə ilə bağlı hücumlar, aparat təminatında zəifliklər və “zərərverici” IP-ünvanlarla bağlı məzmun) haqqında informasiya əlavə etməlidir.

securitylab.ru saytının məlumatına görə, platformanın yaradılması və təhlükələrin aradan qaldırılması üçün məsuliyyət nazirliyin üzərinə düşür. Fərman növbəti ilin 1 yanvar tarixindən qüvvəyə minir. Ona əməl edilmədiyi təqdirdə, əlaqə operatorları və şirkətlərə uyğun xəbərdarlıq və cərimələr tətbiq olunacaq.

Yeni qanun genişmiqyaslı infrastruktur və özəl sektorun kiberhücumlardan müdafiəsini təmin etmək üçün son zamanlar Çin hökuməti tərəfindən təşəbbüs edilən ciddi addımların açıq nümunəsidir.

Qeyd edək ki, cari ilin iyununda Çin hökuməti kiberməkanda fövqəladə vəziyyətlərə rəsmi olaraq münasibət bildirmək üçün ümummilli plan qəbul edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı