“Apple” şirkəti telefon funksiyasına malik saat təqdim edib Sentyabr 14, 2017 | 11:00 / Texnoloji yeniliklər

“Apple” korporasiyası Kaliforniyada keçirilmiş təqdimat çərçivəsində yeni “Apple Watch” qurğusunu təqdim edib.

“Apple Watch Series 3” cihazı “LTE” dəstəkli daxili mobil modula malikdir. Beləliklə, saat vasitəsilə zəng etmək və musiqi yükləmək olar.

lenta.ru saytının məlumatına görə, cihazın displeyi, həmçinin antena rolunu oynayır. “Apple Watch” qurğusunun korpusu əvvəlki nəsillə müqayisədə dəyişməyib. Saat yeni “Apple W2” prosessoru ilə təchiz edilib. Bunun sayəsində əvvəlki nəsildən 70 faiz daha məhsuldardır. Həmçinin korpusdakı “Digital Crown” düyməsi qırmızı rəngdə təqdim olunub.

Qurğu 22 sentyabr tarixində satışa çıxarılacaq. “LTE” versiyanın qiyməti 400 dollardan, mobil modulsuz versiyanın qiyməti isə 330 dollardan başlayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı