Azərbaycan elminin nüfuzlu elmi bazalarda statistik göstəriciləri təhlil olunub Sentyabr 13, 2017 | 04:16 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin “Azərbaycan elminin WOS və Scopus bazalarının bibliometrik göstəricilərinin müqayisəli analizi” mövzusuna həsr olunmuş seminarı keçirildi.

Məruzəni təqdim edən şöbə əməkdaşı Ramin Quliyev Azərbaycan elminin 1996-2016-cı illər ərzində müxtəlif elm sahələri üzrə “Web of science” və “Scopus” verilənlər bazalarında dərc olunan məqalələri, həmçinin həmin məqalələrə edilən istinadların bibliometrik göstəricilərinin müqayisəli təhlilini təqdim etdi.

Qeyd etdi ki, Azərbaycan alimlərinin 2015-ci ildə “Thomson Reuters” elmi bazasında ən çox məqalələri fizika və astronomiya sahələrinə aiddir. Belə ki, bu sahədə dərc olunmuş 230 məqaləyə, bütövlükdə, 1787 dəfə istinad olunub. Kompüter elmləri üzrə 39 məqaləyə aid istinadların sayı 57-yə, informasiya sistemləri üzrə 11 məqaləyə aid isə 16-ya bərabərdir.

R.Quliyev bildirdi ki, “Scopus” elmi bazasında isə fizika və astronomiya üzrə dərc olunmuş 78 məqaləyə 141 dəfə istinad olunub. Kompüter elmləri üzrə 48 məqalə ilə bağlı müvafiq göstərici 10-a, mühəndislik sahəsində 52 məqalə ilə bağlı isə 72-yə bərabərdir.

Məruzəçi həmçinin, 2016-cı ilə olan statistik göstəricilərdən danışdı. Bildirdi ki, ötən ildə də “Thomson Reuters” elmi bazasında ən çox məqalə fizika və astronomiya sahəsinə aid olub. Bu elm sahəsi üzrə 246 məqaləyə 703 dəfə, Kompüter elmləri üzrə 68 məqaləyə cəmi 5 dəfə istinad olunub. İnformasiya sistemləri sahəsində dərc olunmuş 6 məqaləyə isə istinad olunmayıb.

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı. Şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev təklif və iradlarını bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı