“3D” printerinin köməyilə yaradılmış çanaq-bud oynağı britaniyalı qadına implantasiya olunub May 16, 2014 | 02:00 / Texnoloji yeniliklər

“Sky News” telekanalının yaydığı məlumata görə, böyük britaniyalı həkimlər “3D” printerin köməyilə yaradılmış çanaq-bud oynağını 71 yaşlı qadına implantasiya edərək ona yenidən yerimək imkanı veriblər. 

ictnews.az elektron xəbər xidmətinin məlumatına görə,titan protez quraşdırılana kimi britaniyalı qadın altı uğursuz əməliyyat keçirdib. 

"Yenidən gəzə bilmək sadəcə möcüzədir, mən çox xoşbəxtəm" – xəstə telekanala müsahibəsində belə deyib. Köçürülmə əməliyyatı Böyük Britaniyanın cənubunda Sauthempton xəstəxanasında həyata keçirilib. 

Cərrah Duqlas Danlopun sözlərinə görə, oynağın fiksajı üçün pasiyentin sümük beyninin hüceyrələrindən hazırlanmış yapışqandan istifadə olunub. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı